Gəncədə bu il doğulan körpələrin sayı açıqlanıb. Bu haqda 17 oktyabr tarixində ŞBX-yə istinadən məlumat veririk.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında cari ilin 9 ayı ərzində doğulanların statistikası paylaşılıb. Xəstəxanalarda 2985 uşaq dünyaya gəlib.
Bildirilir ki, Perinatal Mərkəzdə və Abbas Səhhət adına xəstəxananın ginekologiya və doğum şöbəsində dünyaya gələn uşaqlardan 49-u əkiz, 1-i isə üçəm olub.