Gəncədə xəstəxanaya yeni uzman doktor cəlb olunub. Bu haqda 2 oktyabr tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər veririk.
Şəhər Birləşmiş Xəstəxanasında həkim anestezioloq və reanimatoloq fəaliyyətə başlayıb. Söhbət Uzman dr.Elşad Abışovdan gedir. O, Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika, eləcə də Türkiyənin Adana şəhər Çukurova Universitetinin Tibb fakültəsində anesteziologiya və reanimatologiya ixtisası üzrə ali təhsil alıb. Həkim 2022-ci ildə uzmanlıq dərəcəsinə layiq görülüb.
Elşad Rəşid oğlu Abışov Müdafiə Nazirliyinin hərbi hissəsində tibb məntəqə rəisi, daha sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində tibb bölməsi rəisinin köməkçisi vəzifələrində çalışıb. Türk anesteziologiya və reanimasiya dərnəyinin üzvüdür.