Göygöldə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alan var.
Gencexeber.az-ın məlumatına görə, hərəkətdə olan DAF markalı yük avtomobili minik maşını ilə toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.