Gəncədə yağan güclü yağış bir sıra ərazilərdə fəsadlara səbəb olub.
Gencexeber.az-ın məlumatına görə, səhər saatlarından başlayan yağışdan sonra şəhərin Məhsəti qəsəbəsində bir neçə küçəni sel suları basıb. Sakinlərin, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.
Qəsəbə sakinlərinin sözlərinə görə, hər dəfə yağış yağan zaman ərazidə oxşar vəziyyət yaranır. Onlar problemin aradan qaldırılması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini də bildiriblər.
Qeyd edək ki, hazırda Gəncə şəhərində və qərb bölgəsində yağışlı hava şəraiti davam edir.