Gəncənin mərkəzində yerləşən Nizami Gəncəvi prospektinin 2-ci dalanında aylardır işıq problemi yaşanır.
Gencexeber.az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb.
“Ərazidə yeni işıq dirəkləri və işıqlandırma sistemi quraşdırılsa da, hər axşam zülmət içində qalmağa məcburuq. Uşaqların, yaşlıların küçədə hərəkəti çətinləşib. Gecələr özümüzü təhlükəsiz hiss etmirik,” – deyə ərazidə yaşayan sakinlər bildiriblər.
Sakinlər aidiyyəti qurumlardan problemin qısa zamanda həll olunmasını tələb edirlər.