Gəncənin Eminbəyli küçəsindəki 1-ci dalanın yolu əhalinin narazılığına səbəb olub.
Sakinlərin Gencexeber.az-a verdiyi məlumata görə, bu il ərazidəki küçələrdə asfaltlama işləri aparılsa da, 1-ci dalan bərbad vəziyyətdədir. Sözügedən küçədə qazıntı işləri aparıldıqdan sonra, asfalt örütüyü yenisi ilə əvəz olunmayıb.
Sakinlər bildirirlər ki, yolun mövcud vəziyyəti nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, avtomobillərə ziyan vurur və vətəndaşlar üçün təhlükə yaradır. Xüsusilə yağışlı havalarda vəziyyət daha da çətinləşir.
Sakinlər aidiyyəti qurumlardan yolun tam şəkildə bərpa olunmasını xahiş edirlər.