Bu gün şəhid Anar Məmmədovun anadan olduğu gündür.
Gencexeber.az məlumat verir ki, o, 1995-ci il avqustun 12-də Gəncə şəhərində dünyaya gəlib. 2013-2017-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil, 2017-2019-cu illərdə isə magistr təhsili alıb.
Anar Məmmədov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-da yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Anar Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.