Bu gün şəhid Səyyar Arazovun doğum günüdür.
Gencexeber.az xatırladır ki, Səyyar Güloğlan oğlu Arazov 21 iyul 1987-ci ildə Gəncədə anadan olub. 1994-2003-cü illərdə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsil alıb. 2003-2006-cı illərdə 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) oxuyub.
2006-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Səyyar könüllü olaraq ordu sıralarına yazılıb. Murovdağ istiqamətindəki döyüşlərdə iştirak edib. Səyyar Güloğlan oğlu Arazov 30 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 19 dekabr tarixində isə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidimizin Vətənə əmanət 2 övladı qalıb.