Bakıda keçirilən güləş üzrə Respublika birinciliyində Gəncədən olan məktəbli uğurla çıxış edib.
Gencexeber.az məlumat verir ki, 2017-ci il təvəllüdlü Mehdi Qurbanov 23 kq çəki dərəcəsində çıxış edərək bütün rəqiblərinə qalib gəlib. 1-ci yerə layiq görülən azyaşlı məşqçisi Rauf Xəlilovun rəhbərliyi altında turnirə qatılıb.
Qeyd edək ki, Mehdi Gəncə şəhər 23 nömrəli tam orta məktəbin 2-ci sinf şagirdidir.