2–4 oktyabr tarixlərində Bakıda keçirilən "UMID-ALPMAN OPEN III" III Beynəlxalq taekvondo turnirində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Gürcüstandan olan idmançılar mübarizə aparıblar.
Gencexeber.az xəbər verir ki, turnirdə Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər-İdman-Şahmat Məktəbinin yetirmələri, bacı-qardaş Aylin Babazadə və Seyhun Babazadə də iştirak ediblər.
Məlumata görə, Aylin Babazadə 40 kiloqram çəki dərəcəsində, Seyhun Babazadə isə 36 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Onlar məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında yarışda iştirak ediblər.
Qeyd edək ki, Aylin və Seyhun Babazadə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə təhsil alırlar.