Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, qəza şəhərin 28 May küçəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" və "Renault" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən idarəetməni itirən "Hyundai" yol kənarında dayanmış "Qazel" və "Mercedes" markalı yük avtomobillərinə çırpılıb.
Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Elmir Tağızadə xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.