Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.аz-ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, 2011-ci il təvəllüdlü Z.Məmmədzadəni avtomobil vurub. Nəticədə yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilib ki, hadisəni törədən sürücü qəza yerindən uzaqlaşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.