top
Gəncədə yeniyetməni öldürən gənc… - Özümü müdafiə ETMİŞƏM
06 may 2026, 09:00
- ↺ +

Gəncədə yeniyetməni öldürən gənc… - "Özümü müdafiə ETMİŞƏM"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rihat Cəfərovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.аz xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Rihat Kamal oğlu Cəfərov bir neçə epizod üzrə ictimai qaydanı kobud surətdə pozma, xuliqanlıq və qəsdən adam öldürmə cinayətlərində təqsirləndirilir.

Belə ki, Rihat Cəfərov 2025-ci ilin oktyabrında Gəncə şəhəri, "Mahrasa bağı" ərazisində yerləşən yaşayış binasının qarşısında tanışı, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyliyə üzərində gəzdirdiyi deşici-kəsici alətdən istifadə edərək bir neçə zərbə endirib. Zərərçəkmiş şəxs əvvəlcə diz və əl nahiyələrindən yüngül xəsarətlər alıb. Daha sonra isə döş qəfəsinin ön səthinə vurulan zərbə nəticəsində sol ağciyərin zədələnməsi ilə müşayiət olunan, daxili və xarici qanitirməyə səbəb olan, həyat üçün təhlükəli ağır xəsarət alıb. Göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkmiş şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Rihat Cəfərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, Vaqiflə səhər saatlarında təsadüfən qarşılaşıb və qarşı tərəfin də üzərində bıçaq olub. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ilk olaraq Vaqifin diz nahiyəsinə zərbə vurmaqla onu uzaqlaşdırmaq istəyib. Lakin onun geri çəkilmədiyini və üzərinə gəldiyini gördükdə ikinci dəfə bıçaqla zərbə endirib. Rihat bu hərəkətlərini özünü müdafiə məqsədi ilə etdiyini deyib və zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Rihat Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən 16 yaşlı məktəbli Vaqif Rəfibəyli polkovnik-leytenant Rövşən Rəfibəylinin oğlu olub. O, uzun illər ədliyyə sistemində çalışıb, Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi vəzifəsini icra edib və bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

Gəncədə kitab sərgisi keçiriləcək – GİRİŞ ÖDƏNİŞSİZ

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Bütün xəbərlər
Dünən, 13:29

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib

Bütün xəbərlər
Dünən, 11:52

Gəncəli oğlanlar bu göstəricidə qızlardan geri qalır

Bütün xəbərlər
Dünən, 10:41

Çipsin qiyməti arta bilər: YENİ VERGİ

Bütün xəbərlər
Dünən, 10:19

Gəncədə yerləşmə müəssisələrində yoxlama aparılıb

Bütün xəbərlər
Dünən, 09:15

"TikTok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə DÖYDÜ

Bütün xəbərlər
Dünən, 09:15

Gəncədə işıqfor narazılığı: əsas yolda avtomobillər növbəyə düzülür

Bütün xəbərlər
Dünən, 08:46

Gəncədə həftədə 4 gün ödənişsiz məşğələlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 00:01

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

Bütün xəbərlər
04 noyabr 2026, 17:35

ATU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Quşqara sakinlərinin xahişi məqsədəuyğun hesab edilmir - YENİLƏNİB

Bütün xəbərlər
04 noyabr 2026, 16:24

Temperatur 10 dərəcə enəcək - Xəbərdarlıq

Bütün xəbərlər
04 noyabr 2026, 16:22

Qəzada həlak olan şəhid anasının FOTOSU

Bütün xəbərlər
04 noyabr 2026, 16:02

Avtomobil dərəyə aşıb, şəhid anası həyatını itirib

Bütün xəbərlər
04 noyabr 2026, 15:32

Avtovağzal gücləndirilmiş rejimdə çalışacaq

Oxşar xəbərlər