Gəncə şəhərinə yağış yağıb, Göygölə isə dolu düşüb.
Gencexeber.az məlumat verir ki, qərb bölgəsində hava buludludur. Nizami yurdunda yağışlı hava şəraiti hökm sürür. Göygöl və ətraf rayonlara isə dolu düşüb.
Qeyd edək ki, ölkənin qərb bölgəsində qeyri-sabit hava durumu növbəti iki gün də hökm sürəcək.