Gəncədə vətəndaşlar qanunsuz saxladıqları ov silahlarını polisə könüllü təhvil veriblər.
Gencexeber.az-ın məlumatına əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən profilaktik tədbirlər nəticəsində şəhər sakinləri 31 ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.