Gəncə şəhərində bədbəxt hadisə baş verib.
Gencexeber.az xəbər verir ki, hadisə şəhər ərazisində inşası davam edən restoranlardan birində qeydə alınıb. İlkin məlumatlara əsasən, orada çalışan 27 yaşlı İlqar Hüseynov hündürlükdən yıxılaraq həyatını itirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.