Azərbaycanda iyunun 3-ü saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.
Gencexeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Mingəçevir və Goranboyda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Gədəbəy rayonu Düzyurd kəndinə dolu düşüb.