top
Gəncədə şəhid plakatları yığışdırılır – İH-dən açıqlama
26 may 2025, 14:49
- ↺ +

Gəncədə şəhid plakatları yığışdırılır – İH-dən açıqlama

 

Gəncə şəhərində küçə və prospektlərdə quraşdırılmış, eləcə də avtobus dayanacaqlarındakı pavilyonların üzərinə yerləşdirilmiş şəhid lövhələrinin yığışdırılması cəmiyyətdə ciddi narazılıq yaradıb.

Gencexeber.az məlumat verir ki, sosial şəbəkələrdə yayılan görüntülər geniş rezonans doğurub. Vətəndaşlar bu prosesin qəfil və səbəbsiz aparılmasından narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, şəhidlərin rəsmlərinin göz önündən götürülməsi qəbuledilməzdir. Məsələ xüsusilə sosial mediada geniş müzakirə olunur - bir çox istifadəçi bu addımı tənqid edərək "şəhidə sayğısızlıq" kimi dəyərləndirib.

Mövzu ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə (İH) ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, sözügedən işlər şəhid ailələrinin razılığı ilə həyata keçirilir.

“Hər birimizə məlumdur ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur. Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

Nəzərinizə çatdırmaq istəyirik ki, Gəncə şəhərinin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılmışdır. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq, tamamilə yararsız hala düşmüş, orijinal görkəmini itirmişdir. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınmışdır.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən "İstiqlal" parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilmiş, lövhələr quraşdırılmış, eyni zamanda "gencesehidleri.az" saytı hazırlanaraq istifadəyə verilmişdir” – Gəncə Şəhər İcra Hakimiyyəti bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Bu gün, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Bu gün, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Bu gün, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Bu gün, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Bu gün, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Bu gün, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Bu gün, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Bu gün, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Oxşar xəbərlər