top
Gəncədə şəhid övladları üçün Yay məktəbi layihəsinə start verilib
02 iyul 2026, 10:00
- ↺ +

Gəncədə şəhid övladları üçün "Yay məktəbi" layihəsinə start verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə şəhid övladları üçün növbəti dəfə "Yay məktəbi" layihəsi həyata keçirilir.

Gencexeber.az məlumat verir ki, adıçəkilən tədbirə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə start verilib.

Layihənin ilk günü çərçivəsində şəhid atası Miryunis Seyidzadə və şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və partiya fəalları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər. Burada şəhidlərin xatirəsini ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri düzüblər.

Daha sonra uşaqlar onlar üçün xüsusi təşkil olunmuş avtobusla Gəncə Memorial Kompleksinə yollanıblar. Orada şəhid övladlarına 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən ağır faciələr barədə ətraflı məlumat verilib.

Uşaqlar Kompleksin tərkibində fəaliyyət göstərən muzeyi də ziyarət edərək "XX əsrin əvvəli", "Deportasiya və məcburi köçkünlük", "Soyqırımı və kütləvi qırğınlar", "Atəşkəs və Vətən müharibəsi dövrü", "İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru" və "İşıqlı gələcəyə doğru" mövzularına həsr olunmuş ekspozisiya zalları ilə tanış olublar. 

Qeyd edək ki, beş gün davam edəcək "Yay məktəbi" proqramı çərçivəsində şəhid övladları üçün "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional filialının əməkdaşları tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək. Həmçinin şəhid övladları "Gəncə MALL" ticarət və istirahət mərkəzində, "Gəncland" ailəvi istirahət və əyləncə kompleksində olacaq, onlar üçün təşkil edilən müxtəlif əyləncə proqramlarında iştirak edəcəklər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

Gəncədə kitab sərgisi keçiriləcək – GİRİŞ ÖDƏNİŞSİZ

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Bütün xəbərlər
Dünən, 13:29

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib

Bütün xəbərlər
Dünən, 11:52

Gəncəli oğlanlar bu göstəricidə qızlardan geri qalır

Bütün xəbərlər
Dünən, 10:41

Çipsin qiyməti arta bilər: YENİ VERGİ

Bütün xəbərlər
Dünən, 10:19

Gəncədə yerləşmə müəssisələrində yoxlama aparılıb

Bütün xəbərlər
Dünən, 09:15

"TikTok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə DÖYDÜ

Bütün xəbərlər
Dünən, 09:15

Gəncədə işıqfor narazılığı: əsas yolda avtomobillər növbəyə düzülür

Bütün xəbərlər
Dünən, 08:46

Gəncədə həftədə 4 gün ödənişsiz məşğələlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 00:01

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

Bütün xəbərlər
04 noyabr 2026, 17:35

ATU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Quşqara sakinlərinin xahişi məqsədəuyğun hesab edilmir - YENİLƏNİB

Bütün xəbərlər
04 noyabr 2026, 16:24

Temperatur 10 dərəcə enəcək - Xəbərdarlıq

Bütün xəbərlər
04 noyabr 2026, 16:22

Qəzada həlak olan şəhid anasının FOTOSU

Bütün xəbərlər
04 noyabr 2026, 16:02

Avtomobil dərəyə aşıb, şəhid anası həyatını itirib

Bütün xəbərlər
04 noyabr 2026, 15:32

Avtovağzal gücləndirilmiş rejimdə çalışacaq

Oxşar xəbərlər