Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nizami bələdiyyəsi tərəfindən 20 Yanvar və 1990-cı ilin ilk şəhidlərinin məzarları və ətraf ərazilərdə təmir-bərpa və abadlıq işləri həyata keçirilir.
Gencexeber.az bildirir ki, görülən işlər çərçivəsində 350 kvadratmetrdən artıq tamet örtüyü döşənir, 280 metr bordür quraşdırılır və ərazidə yol infrastrukturu təmir olunur.
Qeyd edək ki, şəhidlərimizin xatirəsinin uca tutulması, onların məzarlarının daim səliqəli saxlanılması və ətraf mühitin abadlaşdırılması istiqamətində işlər mütəmadi olaraq davam etdirilir.