top
Gəncədə sahibsiz itlərə görə küçələrdə hər gün MÜBAHİSƏ
Video
14 mart 2026, 09:54
- +

Gəncədə sahibsiz itlərə görə küçələrdə hər gün MÜBAHİSƏ

Gəncədə sahibsiz itlərin küçələrdən toplanması prosesi zamanı heyvansevərlərlə aidiyyəti qurumların əməkdaşları və şəhər sakinləri arasında demək olar ki, hər gün mübahisələr yaşanır.

Gencexeber.az-ın məlumatına görə, martın 12-dən etibarən şəhərdə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) nümayəndələrinin iştirakı ilə IDEA Heyvanlara Qayğı Mərkəzi tərəfindən sahibsiz heyvanların toplanmasına başlanılıb. Şəhərdə sahibsiz itlərin sayının nəzarətsiz artması, eləcə də son dövrlərdə it dişləməsi hallarının kəskin çoxalması ilə əlaqədar aparılan işlərə xüsusi avtomobillər və işçi qüvvəsi cəlb olunub.

Lakin şəhərin müxtəlif ərazilərində dördayaqlıların toplanması zamanı heyvansevərlərlə bu addımı dəstəkləyən sakinlər arasında gərginlik yaranır. Mübahisələr əsasən yüksək ton və emosional çıxışlarla müşayiət olunur.

Heyvansevərlər itlərin toplanmasına qarşı çıxaraq onların yenidən küçələrə qaytarılmasını tələb edirlər. MKTİB nümayəndələri bildirirlər ki, sahibsiz itlər Bakıya aparılacaq, qısırlaşdırıldıqdan sonra yenidən Gəncəyə qaytarılacaq. Ancaq bu izahat heyvansevərlər tərəfindən inamsızlıq və narazılıqla qarşılanır.

Digər tərəfdən, bəzi şəhər sakinləri də mübahisələrə qoşularaq yaşadıqları ərazilərdə nəzarətin gücləndirilməsini, habelə sahibsiz itlərin ümumiyyətlə küçələrdən yığışdırılmasını tələb edirlər. Bu isə onsuz da gərgin olan vəziyyəti daha da alovlandırır. Mübahisələrin bəzən yoldan keçən uşaqların gözü qarşısında baş verməsi isə mənzərəni daha da narahatedici edir.

Qeyd edək ki, problemin həlli məqsədilə 2023-cü ildə Gəncədə yaradılmış "Yuva" heyvan sığınacağında sahibsiz itlərin peyvənd olunması və saxlanılması nəzərdə tutulurdu. Lakin ötən ilin yanvar ayında maddi çatışmazlıqlar səbəbindən sığınacağın fəaliyyəti dayandırılıb.

Rəsmi məlumatlara görə, Gəncədə son iki ay ərzində 380 nəfər sahibsiz itlərin hücumuna məruz qalaraq dişlənib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
Dünən, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
Dünən, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
Dünən, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
Dünən, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
Dünən, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
Dünən, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
Dünən, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Bütün xəbərlər
18 sentyabr 2026, 17:06

Çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:34

AFFA Gəncədə məşqçilik kursu təşkil edəcək

Bütün xəbərlər
18 sentyabr 2026, 15:56

Bu xəstəlik Azərbaycanda sürətlə artır – RƏSMİ RƏQƏMLƏR

Bütün xəbərlər
18 sentyabr 2026, 15:15

"Turan Tovuz"un qapıçısı Azərbaycan millisinə qarşı oynaya bilər

Bütün xəbərlər
18 sentyabr 2026, 14:39

"Sən arvadının canı, təmiz yu" sözünə görə d*va düşdü - 3 illik cəza

Bütün xəbərlər
18 sentyabr 2026, 14:05

Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
18 sentyabr 2026, 12:56

Gəncədə yeni inşa olunan məktəbin ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
18 sentyabr 2026, 12:16

Gəncənin mərkəzində binanın fasadında çatlar yaranıb - ŞİKAYƏT

Bütün xəbərlər
18 sentyabr 2026, 11:04

Gəncədə təhlükəli çinar ağacının budaqları kəsildi

Bütün xəbərlər
18 sentyabr 2026, 09:54

Məhkəmə tanışını bıçaqlayan şəxsin cəzasını azaltmadı

Bütün xəbərlər
18 sentyabr 2026, 09:27

Gəncədə tələbə və müəllimlərin ifasında ödənişsiz tamaşa olacaq

Bütün xəbərlər
17 sentyabr 2026, 17:40

"Kəpəz" 15 yaşlı qapıçısı ilə peşəkar müqavilə bağladı

Oxşar xəbərlər