Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinə direktor təyin olunub.
Gencexeber.az məlumat verir k, kollecin direktoru vəzifəsinin icrası Nigar Səfixanovaya həvalə edilib.
Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib.
O bu ilin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.