top
Gəncədə raket zərbəsindən zərər görən ailə beş ildir ədalət gözləyir - İDDİA
13 oktyabr 2025, 10:44
- ↺ +

Gəncədə raket zərbəsindən zərər görən ailə beş ildir ədalət gözləyir - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə sakini Məmməd Babayevin evi 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən şəhərə endirilən raket zərbəsi nəticəsində ciddi zərər görən tikililərdən biridir. 

Gencexeber.az-a şikayətçi M.Babayev bildirib ki, həmin vaxt onun ailəsi Rusiya Federasiyasında yaşayıb. Hadisə zamanı evdə yalnız onun anası, mülkiyyətin sahibi Zərifə Babayeva olub.  

Hadisədən sonra Babayevlər ailəsinə dəymiş ziyanın qiymətləndirilməsi üçün xüsusi komissiya yaradılıb. Azərbaycana qayıdan Məmməd Babayevə bildirilib ki, evin vəziyyəti ilə bağlı rəy veriləcək. Lakin sonradan təqdim olunan sənəd ailəni qane etməyib.

Məmməd Babayevin sözlərinə görə, ev üçün "təmir-bərkitmə" qərarı çıxarılıb, lakin binanın bünövrəsi belə təhlükə altındadır. Bu günədək isə tikilidə yalnız kosmetik işlər aparılıb. Lakin şikayətçi bu işlərin keyfiyyətindən narazılıq edir:

"Evin divarlarında dərin çatlar yaranıb, hər an uçmaq təhlükəsi var. Beş ildir ki, ailəmlə birlikdə kirayədə yaşayıram," – şikayətçi bildirib.

Raketin düşdüyü yer ilə Babayevlərə məxsus evin arası təxminən 40–50 metrdir. Məmməd Babayev deyir ki, son beş ildə müraciət etmədiyi qapı qalmayıb. Xüsusilə son iki ildə Şəhərsalma və Arxitektura Komitəsinə göndərdiyi məktublara heç bir cavab verilməyib. Əvvəlki illərdə isə müxtəlif qurumlar məsuliyyəti bir-birinin üzərinə atıblar.

Qeyd edək ki, ziyanın qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın tərkibinə bir neçə dövlət qurumu, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyəti də daxil edilib. 

Təmir-tikinti işlərinə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edib. Qurumdan bildirilib ki, Məmməd Babayevin şikayəti ilə bağlı əlavə araşdırma aparılacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

Gəncədə kitab sərgisi keçiriləcək – GİRİŞ ÖDƏNİŞSİZ

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Bütün xəbərlər
Dünən, 13:29

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib

Bütün xəbərlər
Dünən, 11:52

Gəncəli oğlanlar bu göstəricidə qızlardan geri qalır

Bütün xəbərlər
Dünən, 10:41

Çipsin qiyməti arta bilər: YENİ VERGİ

Bütün xəbərlər
Dünən, 10:19

Gəncədə yerləşmə müəssisələrində yoxlama aparılıb

Bütün xəbərlər
Dünən, 09:15

"TikTok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə DÖYDÜ

Bütün xəbərlər
Dünən, 09:15

Gəncədə işıqfor narazılığı: əsas yolda avtomobillər növbəyə düzülür

Bütün xəbərlər
Dünən, 08:46

Gəncədə həftədə 4 gün ödənişsiz məşğələlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 00:01

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

Bütün xəbərlər
04 noyabr 2026, 17:35

ATU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Quşqara sakinlərinin xahişi məqsədəuyğun hesab edilmir - YENİLƏNİB

Bütün xəbərlər
04 noyabr 2026, 16:24

Temperatur 10 dərəcə enəcək - Xəbərdarlıq

Bütün xəbərlər
04 noyabr 2026, 16:22

Qəzada həlak olan şəhid anasının FOTOSU

Bütün xəbərlər
04 noyabr 2026, 16:02

Avtomobil dərəyə aşıb, şəhid anası həyatını itirib

Oxşar xəbərlər