Gəncədə intihara cəhd hadisəsi qeydə alınıb.
Teleqraf.аz xəbər verir ki, Gəncədə Vətən müharibəsi qazisi, 1987-ci il təvəllüdlü Aslan Zeynalov intihara cəhd edib. O, bir neçə dərman içərək canına qəsd etmək istəyib.
Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılan qazinin vəziyyəti ağır qiymətləndirilir. Onun Bakıdakı tibb müəssisəsinə təxliyəsi gözlənilir.
Faktla bağlı araşdırma başlanılıb.