Gəncədə yük qatarı minik avtomobili ilə toqquşub.
Gencexeber.az məlumat verir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib. Yük qatarı dəmir yolu keçidində "Opel" markalı minik avtomobilinə çırpılıb.
Qatarın sürəti aşağı olduğundan qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə isə ziyan dəyib.
Hadisənin başvermə səbəbləri araşdırılır.