Gəncə şəhərində uşaqlar, həmçinin maraqlanan hər kəs üçün rəngarəng yaradıcılıq təlimi təşkil olunub.
Gencexeber.az məlumat verir ki, təlim "Tağıyev Mall" ticarət mərkəzinin 2-ci mərtəbəsində baş tutub. Tədbir zamanı iştirakçılar daş üzərində rəsmlər çəkərək incəsənət bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Ümumilikdə məşğələdə 10 nəfər iştirak edib. Çəkilən rəsmlər təlimin sonunda xatirə olaraq iştirakçıların özlərinə verilib.
