Gəncədə avtomobil yanıb.
Gencexeber.az məlumat verir ki, şəhərin Şah İsmayıl Xətai prospektində "Mercedes" markalı avtomobil anindən alışıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Yanğın yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Müdaxilə nəticəsində alov söndürülüb.