Gəncədə bıçaqlanma faktı qeydə alınıb.
Gencexeber.az məlumat verir ki, şəhərin Məhsəti qəsəbəsində
Elsəvər İbrahimov və Elmar Qurbanov bıçaqlanıb. Adı çəkilən şəxslər tibb müəssisələrindən birinə yerləşdirilib. Onlara tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.