Gəncədə Şahsevənlər və Zaur Eminbəyli küçələrinin kəsişməsində yanğın baş verib.
Gencexeber.az məlumat verir ki, ərzaq dükanı içərisindəki məhsullarla birlikdə tamamilə yanıb.
Hadisə yerinə üç yanğınsöndürən avtomobil və 20 nəfərə yaxın şəxsi heyət cəlb edilib.
Olunan müdaxilə nəticəsində alov söndürülüb, yanğının evə keçməsinin qarşısı alınıb.