Oktyabr ayında deputatların Gəncə şəhərində vətəndaşlarla görüşü və qəbulu keçiriləcək.
Gencexeber.az məlumat verir ki, qəbul günləri ilə bağlı cədvəl açıqlanıb.
Məlumata görə, Müşfiq Cəfərov oktyabrın 6-da, Naqif Həmzəyev oktyabrın 10-u və 24-də, Pərvin Kərimzadə oktyabrın 2-si və 23-də, Musa Quliyev isə oktyabrın 3-ü və 17-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Müşfiq Cəfərovun qəbuluna Sahib Əmiraslanovla (050 627 92 52), Naqif Həmzəyevin qəbuluna Sərxan İmanovla (050 255 14 38), Pərvin Kərimzadənin qəbuluna Hicran Məmmədovayla (050 277 03 68), Musa Quliyevin qəbuluna isə Göyüş Şəfizadəylə (050 255 14 42) əlaqə saxlayaraq yazıla bilərsiniz.