Gəncə şəhərinin Gülüstan qəsəbəsində, Eldar Talıbov küçəsində yerləşən 38-ci və 39-cu binaların həyətində təmir və abadlıq işlərinə başlanılıb.
Gencexeber.az sözügedən ərazidəki problemi və sakinlərin şikayətlərini bir müddət öncə ictimaiyyətə çatdırmışdı.
Uzun müddət təmir növbəsini gözləyən həyətə texnika və canlı qüvvə cəlb edilib. Torpaq səthi hamarlanır, həyətin piyada və avtomobillərin hərəkəti üçün əlverişli vəziyyətə gətirilməsi istiqamətində işlər görülür.
Sakinlər görülən təmir işlərini müsbət qiymətləndirsələr də, ərazidə işıqlandırma sisteminin nəzərdə tutulmamasından narazıdırlar.
Onlar aidiyyəti qurumlardan təmir işləri ilə yanaşı, həyətin gecə saatlarında təhlükəsiz və rahat istifadəsi üçün işıqlandırma sisteminin də quraşdırılmasını xahiş edirlər.