Gəncənin İsmayıl Kazımov küçəsində (Çəngəl-Bıçaq zavodu) yaranan antisanitar vəziyyət aradan qaldırılıb.
Gencexeber.az məlumat verir ki, qeyd olunan ünvanda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) təmizlik şöbəsinin əməkdaşları tərəfindən iməcilik keçirilib. Zibil konteynerləri boşaldılıb, ərazidə səliqə-səhman yaradılıb.
Əlavə olaraq, MKTİB sakinlərə şəhərin sanitar vəziyyətinin qorunması məqsədilə məişət tullantılarını ətrafa deyil, bunun üçün nəzərdə tutulmuş tullantı konteynerlərinə atmalarını xahiş edib.
![]()
![]()
![]()