Gəncədə 2-ci mikrorayon ərazisində yerləşən 2-ci bina təhlükə saçır.
Məsələ ilə bağlı Gencexeber.az-a şikayət ünvanlayan sakinlərin iddiasına görə, yaşadıqları binanın vəziyyəti o qədər acınacaqlıdır ki, diqqətlə baxdıqda hətta əyildiyi görünür.
Sakinlər qeyd edir ki, ərazidə daimi su olmadığı üçün mərtəbə aralarına məcburiyyətdən su çənləri yerləşdiriblər. Amma bəzi çənlərdəki su sızmaları təmirsiz blokları daha da təhlükəli hala gətirib - binada iri çatlar yaranıb, fasad örtüyü qopub tökülür. Sakinlərin bəziləri susuz qalmaq bahasına da olsa çənlərdən istifadədən imtina etdiklərini bildirilər.
Onlar qəzalı binaya baxış keçirilməsini, problemlərin aradan qaldırılmasını xahiş edirlər.