Gəncədə "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq 5 mərtəbəli binanın birinci mərtəbəsində olan mənzillərin birinə çırpılıb.
Gencexeber.az məlumat verir ki, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, mənzilə və avtomobilə zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.