Gəncədə xəstəxanalardan birinə müayinəyə gələn qadın tibb müəssisəsində ölüb.
Gencexeber.az-ın məlumatına əsasən, 1966-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinədən keçən zaman həyatını itirib.
Hazırda qadının ölüm səbəbi araşdırılır.
Məlumat üçün bildirək ki, R.Bayramova 4 uşaq anasıdır.