top
Gəncədə 19 illik məktəb direktoru İŞDƏN ÇIXARILDI
08 sentyabr 2026, 09:57
- ↺ +

Gəncədə 19 illik məktəb direktoru İŞDƏN ÇIXARILDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin keçmiş direktoru Mətanət Rzayeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

Sabiq direktor Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi irəli sürüb.

Məlumata görə, Mətanət Rzayeva 2006-cı ildən 2025-ci ilədək Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.

İş materiallarına əsasən, məktəbdə aparılan monitorinqlər zamanı təlim-tərbiyə prosesi, sənədləşmə, şagird və müəllimlərin davamiyyəti, eləcə də kadr idarəçiliyinin təşkili ilə bağlı bir sıra nöqsanlar müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar 2025-ci ildə müvafiq əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmrinə əsasən həmin məktəbdə təkrar monitorinq keçirilib. Monitorinqin nəticələrinə görə sabiq direktorun əmək müqaviləsinə xitam verilib.

M.Rzayeva isə işdən çıxarılmasını qanunsuz və əsassız hesab edib.

Onun iddiasına görə, təhsil idarəsinin rəhbərliyi onu idarəyə dəvət edərək könüllü ərizə yazıb işdən çıxmasını təklif edib, əks halda məktəbdə monitorinq aparılacağını və  işdən azad ediləcəyini bildiriblər.

Mətanət Rzayeva bu məsələ ilə bağlı dəfələrlə kassasiya şikayəti versə də, təmin edilməyib.

Bununla da məktəb direktorunun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əməkhaqqının və digər xərclərin ödənilməsi barədə tələbləri təmin edilməyib.

Mənbə:plat.аz

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
Dünən, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
Dünən, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
Dünən, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
Dünən, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
Dünən, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
Dünən, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
Dünən, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
Dünən, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə ödənişsiz tədris qruplarına qəbul elan edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatda 160-la özünün də, digər ailənin üç üzvünün də ölümünə səbəb oldu…

Bütün xəbərlər
22 noyabr 2026, 17:05

İmamzadəyə aparan yol ayın sonunadək işıqlandırılacaq

Bütün xəbərlər
22 noyabr 2026, 16:12

Gəncənin mərkəzində "Üstü bəzək, altı təzək" bina

Bütün xəbərlər
22 noyabr 2026, 15:02

Gəncə gimnastları 12 medal qazandılar

Bütün xəbərlər
22 noyabr 2026, 14:32

Qobustanın qayaüstü rəsmlərini ilk araşdıran arxeoloq gəncəli idi

Bütün xəbərlər
22 noyabr 2026, 09:13

Sakin: "Turistlər sanitar qovşağından baş götürüb GETDİLƏR"

Bütün xəbərlər
21 noyabr 2026, 18:22

İmamzadə ziyarətgahının qarşısı zülmət qaranlıqdır

Bütün xəbərlər
21 noyabr 2026, 18:10

Gəncənin bu ərazisində bir sutkaya yaxındır işıq yoxdur

Bütün xəbərlər
21 noyabr 2026, 17:27

Gəncənin 43 bağçasında 4 mindən çox uşağa qayğı göstərilir

Bütün xəbərlər
21 noyabr 2026, 16:58

Gəncədə sabah güclü külək əsəscək

Bütün xəbərlər
21 noyabr 2026, 16:28

Gəncə avtomobil zavodu texnikalarını nümayiş etdirib

Bütün xəbərlər
21 noyabr 2026, 15:08

Gəncəlilərin 4,3 faizi sabah stadionda olacaq – avtobuslar ayrıldı

Oxşar xəbərlər