Gəncədə 18 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilib.
Gencexeber.az-ın məlumatına əsasən, 2007-ci il təvəllüdlü Maqsud Tağıyev vaxtında xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Onun bıçaqlandığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.