Gəncədə vətəndaşlar 11 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların fəaliyyətindən şikayətçidirlər.
Məsələ ilə bağlı Gencexeber.az-a müraciət edən sakinlər bildirirlər ki, əsas problem avtobusların hərəkət intervalının çox olmasıdır.
Onların sözlərinə görə, interval uzun olduğu üçün avtobuslar 2-ci dayanacaqdan etibarən tam dolur. Sonrakı dayanacaqlarda isə ya avtobus saxlamır, ya da avtobusa minmək dava-dalaşla mümkün olur. Düzgün olmayan qrafik səbəbindən işə gecikdiklərini bildirirlər.
Sakinlər qeyd edirlər ki, problemlə bağlı sürücülərə etiraz etdikdə onlar sərnişinlərə etik olmayan şəkildə cavab verirlər.
Vətəndaşlar məsul qurumdan xahiş edirlər ki, sözügedən marşrut üzrə avtobusların hərəkət intervalı azaldılsın.