"Gəncə" voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Bu barədə Gencexeber.az-a Gəncə təmsilçisindən məlumat verilib.
Türkiyəli voleybolçu Aysu Elveren ilə müqavilə imzalanıb.
21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi "Gjinoci" olub. A.Elveren daha əvvəl ölkəsinin "Çanaqqala Bələdiyəspor", "Ortakçı Orhaniyespor", "Bahçelievler Belediyesi" və "Vakıfbank" komandalarının şərəfini qoruyub.