Azərbaycanda avqustun 10-dan etibarən unun son topdansatış qiymətləri məlum olub.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,50-29,40 manat arasında dəyişir.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat 50 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və Т.LТD" BM-dir (29 manat 40 qəpik).
Beləliklə, unun topdansatış qiymətləri üzrə aşağı və yuxarı həddi bu ilin əvvəlindəki göstərici ilə müqayisədə artıb. Belə ki, bu ilin ilk aylarında ölkədə 50 kq-lıq unun topdansatış qiymətləri 26,10-28,60 manat arasında dəyişirdi.
Göründüyü kimi, 50 kq-lıq unun topdansatış qiymətinin aşağı həddi ilin əvvəlinə nisbətən 40 qəpik, yuxarı həddi isə 80 qəpik bahalaşıb.
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti isə 28,80 manatdır.