Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Gencexeber.az bildirir ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.
Məlumat üçün bildirək ki, adı çəkilən şəxs bir ay ərzində ikinci dəfədir dəm qazından zəhərlənir.