Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə Gəncədə bir sıra hazırlıqlar yekunlaşıb.
Gencexeber.az-ın məlumatına görə, Yeni ilin simvolu sayılan küknar ağacının qurulması işləri şəhərin baş meydanında yekunlaşandan sonra Bakı Abadlıq Xidməti və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən Gəncə şəhərinin bir sıra prospekt və küçələri rəngli işıqlarla da bəzədilir.
Bundan başqa mövzuya uyğun rənagarəng konstruksiyalar yerləşdirilib.