Niderlandın Eyndhoven şəhərində taekvondo üzrə 52-ci açıq "DUTCH OPEN" beynəlxalq turniri keçirilib.
Gencexeber.az məlumat verir ki, sözügedən yarışda Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin taekvondo bölməsinin yetirməsi Yusif Nağızadə 57 kq çəki dərəcəsində iştirak edib. Bütün rəqiblərinə qalib gələn yeniyetmə qızıl medala layiq görülüb.
Qalib idmançı məşqçi-müəllimi Şahmar Nağıyevin rəhbərliyi altında turnirə qatılıb.