Gəncədə yaşayış evinin həyətində yanğın olub.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Belə ki, AKTA 6 ünvanında yerləşən fərdi yaşayış evlərinin birinin həyətində yığılan ot bağlamaları alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsinin briqadaları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.