Gəncədə XI sinif şagirdi bıçaqlanıb.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.
Məktəbli Ə.İslamzadə hadisədən sonra xəstəxanalardan birinə yerləşdirilib və daha sonra evə buraxılıb.
Onun vəziyyəti stabildir.
İlkin məlumata görə, onu məktəbli yoldaşı bıçaqlayıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.