Gəncədə sahibsiz heyvanlarla bağlı insident baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə Dədə Qorqud küçəsində Fikrət Əmirov adına parkın yaxınlığında baş verib. Bir neçə it yoldan keçən qadına hücum edib. Bu zaman o, yerə yıxılıb.
Yaxınlıqdan keçənlər köməyə tələsərək heyvanları oradan uzaqlaşdıra biliblər. Xoşbəxtlikdən qadın xəsarət almayıb.
Qeyd edək ki, son iki gündə bu ünvanda sahibsiz itlərin sakinlərə bir neçə hücumu baş verib.