Gəncənin Atatürk prospekti 259, bina 3 ünvanında kanalizasiya sisteminin tez-tez daşması sakinlər üçün ciddi narahatlıq yaradır.
Məsələ ilə bağlı Gencexeber.az-a sözügedən ərazidə məskunlaşan sakinlər tərəfindən şikayət daxil olub.
Şikayətçilər qeyd edir ki, ətrafı çirkab su basaraq digər binaların qarşısına qədər axır və üfunət ərazini bürüyür:
“Əvvəlki təmizləmə işlərinə baxmayaraq, vəziyyət təkrarlanır. Həm küçənin vəziyyəti acınacaqlı haldadır, həm də üfunət dözülməzdir. Kanalizasiya sistemi ya təmir olunmalıdır, ya da yenidən qurulmalıdır. Müvafiq qurumların məsələ ilə bağlı lazımi addım atmasını tələb edirik”.