top
Gəncədə 68 yaşlı kişi ailə qurmaq istədi, HƏBSƏ DÜŞDÜ
11 mart 2025, 15:10
- ↺ +

Gəncədə 68 yaşlı kişi ailə qurmaq istədi, HƏBSƏ DÜŞDÜ

 

 

Gəncədə kişi 17 gün birgə yaşadığı qadına qarşı zorakılıq edib.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Elşad Əsgərov (ad şərtidir) 1957-ci ildə Gəncə şəhərində anadan olub. O, qısa müddət birgə yaşadığı Lalə Vəliyevanı (ad şərtidir) döyərək zorlayıb.

Elşad Əsgərov Azərbaycan Respublikası CM-nin 150.1-ci (zor tətbiq etməklə cinsi münasibətdə olma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Elşad Əsgərov özünü müqəssir bilməyib. İfadəsində göstərib:

“Həbsdən çıxdıqdan sonra Elnur adlı tanışıma evdə tək yaşadığımı və ailə sahibi olmaq istədiyimi dedim. O da mənə Lalə Vəliyevanı tapdı. Səhəri gün üçümüz restoranda görüşüb yemək yedik. Ertəsi gün isə Elnur ilə birlikdə Laləni və azyaşlı qızını öz evimə gətirdim. Bir yerdə 17 gün yaşamışıq. Heç bir problemimiz olmayıb. Laləni məni niyə şikayət etdiyini anlamıram. Mən onunla ilə evlənmək istədiyimi deyəndə mənimlə razılaşdı.

Elnur barəsində də onu deyim ki, məndən dəfələrlə 200, 300 manat borc pul istəyib. Başqa heç bir problemimiz olmayıb. Hadisə günü, yəni bir yerdə yaşadığımızın 17-ci günü işdə olarkən mütəmadi Laləyə zəng edib əlaqə saxlayırdım. Həmin gün bir neçə dəfə zəng etdim, amma nömrəsi məşğul idi. Narahat olub evə gəldim. Gördüm ki, Lalə gedib, evdə yoxdur”.

Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş Lalə Vəliyeva ifadə verib:

“Elnur mənim dayımın kürəkənidir. Elnurun yoldaşı ilə danışanda mənə dedi ki, uşağıma və mənə baxacaq bir kişi var. Daha sonra məni Elşadla tanış etdilər. Ona dedim ki, nikahda ola-ola səninlə görüşməyim doğru deyil. Gəlib onunla eyni evində yaşamağımı və hər şeydə köməklik edəcəyini dedi. Çöldə qaldığım üçün Elşadla razılaşdım. İlk günlər hər şey qaydasında idi. Övladıma da, mənə də çox yaxşı davranırdı. Elşad bir neçə gün sonra övladımın psixoloji durumuna görə davranışlarına irad bildirməyə başladı. Daha sonra məni təbii yox, qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etdi. Mən razı olmadıqda döyməyə başladı. Sonuncu dəfə bıçaqla hədələyib, döyərək qeyri-təbii yolla cinsi əlaqədə oldu. Onunla yaşamağın mümkün olmayacağını anlayıb, evdən gizlin çıxdım. Ardınca hadisə ilə əlaqəli polisə şikayət etdim”.

Tərəflərin çıxışından sonra məhkəmənin qərarı ilə Elşad Əsgərov 7 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumuruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Dünən, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Dünən, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Oxşar xəbərlər