Gəncədə Gülüstan qəsəbəsində 34 yaşlı kişi şüşə ilə özünə xəsarət yetirib.
Gencexeber.az-ın məlumatına əsasən, Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Samir Namazov bədəninin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Qarın nahiyəsindən özünə xəsarət yetirən S.Namazov dərhal əməliyyat olunub. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.