Gəncə sakini Mingəçevir su anbarında çimib.
Gencexeber.az məlumat verir ki, Gəncə sakini Nəcəf Abdullayev dünən, fevralın 9-u sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə Mingəçevirə yollanıb. Burada o, orqanizm üçün ekstremal sayılan suyun temperaturuna baxmayaraq, su anbarında çimib.
İdmanla fəal məşğul olan Nəcəf redaksiyamıza bildirib ki, özünü əla hiss edir və səhhətində heç bir problem yaşanmayıb.
31 yaşlı kişi qış aylarında hazırlıqsız insanlara soyuq suda çimməyi tövsiyə etməsə də, hər kəsi pis vərdişlərdən uzaq durmağa, idmanla məşğul olmağa və qida rasionuna xüsusilə diqqət yetirməyə çağırıb.